
İş Yerlərinin İdarə Olunması
Təqdim etdiyimiz həll yolları mövcud iş yerinizi araşdırmaq, təmir və tikinti planlarınızı inkişaf etdirmək, qaydalar və şərtlər haqqında məlumat vermək üçün ən təsirli üsuldur.
azalır
iş yerinin davam edən funksionallığını pozmadan təmir və ya yenidənqurma üçün lazım olan müddət
80%
əlavə araşdırma aparmaq və yeni model hazırlamağa sərf olunan xərclərin azalma mümkünlüyü
Fövqaladə hall planlarınızı optimallaşdırın
Fövqaladə hallar zamanı işçilər və vəziyyətə ilk müdaxilə edənlər üçün ümumi təsvir formalaşdırın.
Mükəmməl eskiz layihə hazırlamaq, fövqaladə vəziyyətlərdə giriş-çıxış yollarını planlamaq və ilkin müdaxilə strategiyasını hazırlamaq üçün unikal həll yollarımız var.
Təqdim edəcəyimiz rəqəmsal məhsullar sayəsində işçilərinizə təlim keçin və fövqaladə hallar zamanı öz üstünlüyünüzü qoruyun.
Təlim keçən zaman 3D model daxilindəki xəritələrdən istifadə edin
Məkanınızı qısa zamanda tanıya bilmələri üçün yeni işçilərinizə yaxud iş yerinizi ziyarət edən insanlara 3D model üzərində izahlar verin.
Yeni işçilərə ofis və ya iş yerinizin logistikasını tez və asanlıqla öyrənməsinə şərait yaradın.
Yeni işçilərinizə, mürəkkəb quruluşa malik iş yerinizin təhlükəli və gəzmək çətin olan yerləri barədə ətraflı məlumat verin.
Avadanlıqların quraşdırılma prosesini asanlaşdırın
İş yerinizin daxilindəki obyektlər arasında ölçü etmək və qüsursuz tənzimləmə həyata keçirmək üçün 3D virtual modeldən istifadə edin.
Keyfiyyətsiz ərazi və bina planlaması səbəbi ilə avadanlıqların bir biri ilə toqquşmasının qarşısını alaraq vaxtınıza və pulunuza qənaət edin.
İş yerinizin daxilindəki skan edilmiş məkanların 3D modellərini CAD/BIM proqramına daxil etmək mümkündür.
Göstərdiyimiz xidmətlər çərçivəsində iş yerinizin müəyyən hissələri üçün təmir və yenidənqurma işləri aparmaq zövqlü bir işə çevriləcək.
Bizimlə geniş avantajlar əldə edin
Təqdim etdiyimiz həll yolları və skan texnologiyası sayəsində əldə etdiyiniz 3D fotorealistik virtual model ilə iş yerinizdəki binaların təmir və idarəetmə xərcləri azalacaq.
Rəqəmsal əkiz iş yerinizin daxilində olan bütün binalar və avadanlıqlar daxil ən kritik nöqtələri əlçatan edir.
İş yerinin idarə olunmasını və dizaynını təkmilləşdirin
Matterport allows you to capture existing conditions easily and accurately before beginning the design phase.
- Vaxtınızı alan əl ilə ölçmələri BIM proqramına daxil edilə bilən 3D Point Cloud və OBJ faylları ilə əvəzləyin.
- 3D model üzərində edəcəyiniz dizayn və dəyişikliklər sizə tikintiyə başlamazdan əvvəl işlərin necə gedəcəyini göstərəcək.
- İş yerindəki kommunal xəttlər və digər avadanlıqlarla bağlı ətraflı məlumata sahib olun.
- Əl ilə çəkilmiş eskiz planları kənara atın və zamanı qabaqlayın.
- Olduğunuz məkanda əlçatan olan rəqəmsal əkiz ilə iş yerindəki prosesləri uzaq məsafədən idarə edin.
İnventarınızda olan avadanlıqlara və onların servisinə nəzarət edin
İş yerinizdə istifadə etdiyiniz avadanlıqlarla barəsində bizə ətraflı məlumat verin. Onların servisi, iş funksionallığı ilə bağlı məlumatları ağıllı pəncərələrdə modelə yerləşdirəcəyik.
- Bütün bu məlumatları öz işçi kollektivinizlə paylaşmaq imkanı veririk.
- Servis müddəti və təmirlə bağlı istifadə etdiyiniz yüzlərlə sənədi kənara atın.
- Digər işçilərdən asılı olmadan hər hansı bir avadanlıqla bağlı məlumatı özünüzə əlçatan edin.
Qeyd
3D virtual tur iş yeri idarəetməsində sağlam və müasir həll yolları ilə ümumi prosesləri nəzarətdə saxlamağa imkan verir.
Əlavə xidmətlər

3D məkanınızın yüksək keyfiyyətli virtual turları

3D məkanınızın yüksək keyfiyyətli virtual turları

3D məkanınızın yüksək keyfiyyətli virtual turları

3D məkanınızın yüksək keyfiyyətli virtual turları

3D məkanınızın yüksək keyfiyyətli virtual turları

3D məkanınızın yüksək keyfiyyətli virtual turları