
Dünyanı rəqəmsallaşdıran xüsusiyyətlər
Mövcud dünyanın rəqəmsal əkizini yaratmaq heç vaxt bu qədər asan olmamışdı. Fiziki obyektlərin 3 ölçülü rəqəmsal əkizini əldə etmək üçün, VR360 və Matterport - un xidmət partnyorluğu ilə sizə unikal həll yolları təqdim edirik.
Unikal rəqəmsal həllər


Virtual bələdçi 3D modelin içərisində hərəkət etmək prosesini asanlaşdırır. İnşaat ərazisində, təmir işləri ilə bağlı işçilərə bələdçilik etmək, kirayə veriləcək əmlak haqqında məlumat vermək, əmlaka baxış keçirən istifadəçiləri yönləndirmək istəsəniz virtual bələdçi sizin üçün ən yaxşı seçimdir.


Unikal xidmət seçimləri arasında fotoların rolu əvəzolunmazdır. Müştərilərimizə həm 2D həm 360 formatda təqdim edəcəyimiz fotolardakı keyfiyyəti başqa heç bir avadanlıq yaxud kamera ilə əldə etmək mümkün deyil. Fotolar sifariş verildikdən və skan prosesi bitdikdən sonra 2 iş günü ərzində təhvil verilir.


Ağıllı pəncərələr məkanın rəqəmsal əkizi olan 3D modelə, açılan pəncərələr içərisində əlavə məlumatlar yerləşdirmək üçün nəzərdə tutulmuş xüsusi vasitədir. Virtual turun içərisində əsas məqamları vurğulamaq üçün əla vasitə olan ağıllı pəncərələr - qeydləri, linkləri, videoları hətta e-ticarət məlumatlarını 3D modelə yerləşdirməyə imkan verir.
Bu xüsusiyyət ilə siz, müxtəlif məlumatları müştərilərinizə çatdıra, fotolar əlavə edə bilərsiniz. 3D modelin içərisinə yerləşdirilən ağıllı pəncərələr, hansı baxış bucağından yaxınlaşmağınızdan asılı olmayaraq sizin görüntü bucağınıza uyğun formada açılır və məlumatı aydın formada göstərir.


Bu xüsusiyyət ilə 3D modelin içərisində görünə biləcək insanların yaxud hər hansı elementin məxfiliyini və kimliyini qorumaq mümkündür. İnsan üzünü və seçilmiş elementləri bulanıq formada göstərmək üçün nəzərdə tutulmuş bu xüsusiyyət, əsasən ictimai məkanlar və pərakəndə satış obyektləri üçün nəzərdə tutulub. Fırça ilə məxfiliyi qoruma müddəti skan bitdikdən sonra layihənin böyüklüyündən asılı olaraq 1 saatdan, 5 iş gününə qədər uzana bilər.


3D virtual plan tamamilə interaktiv və fotorealistik mərtəbə planıdır. Tək bir görüntü ilə bütün məkanı sizə göstərən 3D virtual plan funksiyası insanlara məkan daxilindəki otaqlar arası məsafə və əlaqəni rahat ayırd etməyə imkan yaradır. 3D görüntü sayəsində məkanın istənilən nöqtəsinə sürətlə getmək imkanı yaranır.
Uzaqlaşdırma funksiyası ilə mülkünüzün 3D əkizini görə bilərsiniz. Başqa hissələri görmək üçün hər hansı bir ox boyunca döndərə bilərsiniz. Ümumi olaraq 3D virtual plan izləyicilərdə, 2D fotolar və videolar ilə müqayisə olunmayacaq dərəcədə yüksək təəsürat yaradır.


Virtual çanta aşağıdakı rəqəmsal fayllardan ibarətdir:
- Rəngli bulud faylı (.XYZ)
- Mərtəbələrin görüntü faylları (.JPG)
- Bir sənəddə bütün mərtəbələri göstərən fayl (.PDF)
- Tekstura xəritəsi üçün lazım olan şəkil faylları (.JPG) daxil olmaqla 3D meş fayl (.OBJ)
3D developerlər, qrafik dizaynerlər və virtual reallıq mütəxəssisləri OBJ faylından istifadə edərək MeshLab və Maya - da olan layihələr üzərində işləməyə, real bir məkanın 3D modeli ilə başlaya bilərlər.
Virtual Çanta - memarlara, inşaat mühəndislərinə rəngli bulud faylı, eskiz layihə və digər faylları asanlıqla 3DS Max, ReCap, Revit, AutoCad kimi proqramlara daxil edib işləməyə imkan verir.


Bu funksionallıq sayəsində 3D modelin içərisində otaq, qapılar və modelin içərisinə daxil olan hər hansı elementin dəqiq ölçməsini apara bilərsiniz. Rəqəmsal ölçü aləti fiziki obyektə çoxlu sayda insan ziyarətinin qarşısını alır və vaxtınıza qənaət etməyə imkan yaradır.
Rəqəmsal metrə ilə istənilən elementi - mebelin və ya avadanlığın müəyyən bir yerə uyğun olub - olmadığını, qapılardan daxil ola biləcəyini, şəxsi pc yaxud smartfonunuzdan yoxlaya bilərsiniz. Rəqəmsal ölçü aləti məlumat mübadiləsi, ağıllı planlaşdırma, müştərilərlə əməkdaşlıq potensialını genişləndirmək üçün dəyərli vasitədir.


Sxematik eskiz plan VR360 tərəfindən hazırlana bilən ağ-qara rəqəmsal məhsuldur. Həqiqidən 2% yanlışlıqla fərqlənən sxematik eskiz layihələr otaq ölçüləri və əmlakın digər xüsusiyyətlərini özündə cəmləşdirir.
Sxematik eskiz layihələr vaxtınıza və pulunuza qənaət etməyə imkan yaradır. Hazır eskiz layihəni məkanı skan etdikdən sonra, 3 iş günü müddətində PNG, PDF və SVG fayl formalarında təqdim edirik.


Skan edilmiş məkanı GSV - də yerləşdirmək sizə müştəriləriniz haqqında daha çox məlumat öyrənmə imkanı verir. GSV - də hazırlanmış virtual turu veb saytınıza da, yerləşdirmək mümkündür.
GSV kimi media ilə zəngin məzmunlar axtarış nəticələrində ön planda olur və axtarış zamanı insanların qarşısına çıxan bu məzmunlar daha çox marağa səbəb olur.
- İstehlakçılar hər hansı bir müəsisəni (iş yeri yaxud xidmət) axtararkən 44% hallarda xəritə sistemlərindən istifadə edir.
- Axtarış zamanı önə çıxan, fotoları və virtual turları olan yerlərin marağa səbəb olma ehtimalı daha çoxdur.
- Orta hesabla, xəritədə olan yer axtarışlarının 41%-i həmin yeri ziyarət etməklə nəticələnir.


Öz sahəsinin ilk nümunəsi olan bu xüsusiyyət ilə Xactimate™ proqramında rahatlıqla açıla bilən, 3D modellərin həm eskiz planını, həm də, 3D görüntülü SKX fayllarını hazırlayırıq.
Bərpa işləri zamanı, sığorta hadisələrində təmir və ya yenidənqurma xərclərini hesablamaq üçün əllə ölçməyə və yenidən eskiz hazırlamağa ehtiyac qalmır. Xactimate™ proqramına uyğun olan (.SKX) fayllarını bizə sifariş verdikdən sonra 3 iş günü sonra təhvil ala bilərsiniz.