
Satış
Virtual 3D turlar sahibkarlara pərakəndə satış obyekrlərini rahat idarəetmə və əlavə müştəri cəlb etmək üstünlüyü verir.
Müştəri təcrübənizi təkmilləşdirin - həm onlayn, həm də, mağazada
3D virtual həll yollarımız mağaza idarəçiliyini asanlaşdırmağa, müştərilər üçün həm onlayn, həm də, mağazada ardıcıl olaraq alış-veriş təcrübəsi yaratmağa kömək edir.
Sürətlə satışa doğru
Pərakəndə satış obyektlərinin tikintisi, yenidən qurulması, dizaynı tikinti şirkətləri və üçüntü tərəf podratçı şirkətlərlə səmərəli əməkdaşlıq üçün dəqiq məlumatlar və ölçülər tələb edir.
Sizə lazım olan məlumatlarla zəngin rəqəmsal məhsullarımız vaxt aparan məkan ziyarətlərinin qarşısını alaraq ani qərar qəbul etməyinizi sürətləndirir. Dizaynerlər CAD, Revit və SketchUp modellərini hazırlamaq üçün təqdim edəcəyimiz Point Cloud faylından yararlana bilərlər. İlk hazırlanmış dizayn şablonu digər mağazalar üçün də, istifadə oluna bilər.
Daha yaxşı sənədləşmə və idarəetmə
Binalar və satış obyektlərinin 3D virtual turları iş yerini nəzarətdə saxlamağın və işçiləri yeni proseslərə cəlb etməyin sadə və qənaətcil yoludur.Ağıllı pəncərə xüsusiyyətlərindən faydalanmaqla təlim və iş məlumatlarını 3D modelin içərisinə yerləşdirmə imkanından yararlana bilərsiniz.
Satışa hazırlıq
Virtual model sizə mağazalarınızın 3D vizual təsvirini və əlavə məlumatları əks etdirir. Əlavə məlumat kimi dəqiq ölçü kimi digər detalları əldə etmiş olursunuz.
Satış, sezonluq məhsul və reklam planlarınızı həyata keçirmək üçün 3D virtual modeldən istifadə edin. İşçilərinizi istiqamətləndirəcək təlimatları bir modeldə cəmləşdirin. Uzun yazılarla dolu mail və elektron cədvəl kimi yorucu vasitələrdən imtina edin. API.
Alıcılar 3D virtual alış-verişə 75% çox maraq göstərir
Sorğu zamanı 70% müştəri mağazada gəzib, həmin mühitdən zövq almaq hisslərinin onlayn alış-veriş zamanı hiss etmədiklərini deyir.
Həmin sorğu götürülən müştərilərin 73%-i 3D virtual mağazadan alış-veriş etməyin standart onlayn alış-verişdən üstün olduğu qənaətindədir.
İşçilərinizi daha sürətli öyrədin
Yeni işə götürdüyünüz işçilər mağazanızla fiziki tanışlıqdan əvvəl virtual formada tanış ola bilərlər. Bu isə onların iş şəraitinə qısa zamanda uyğunlaşmasını təmin edir.
Əldə etdiyiniz həll yolları yeni işə götürülən işçilərin işə prosesinə hazırlaşma müddətini minimuma endirəcək ki, bu da vaxta və pula qənaət deməkdir.
Pandemiya dövründə güvənli məkan olduğunuzu təsdiqləyin
Mağazanızdan alış-veriş edən müştərilərinizdə pandemiya dövründə onların sağlamlığı üçün lazımi tədbirlərin görüldüyünə dair əyani əminlik yaradın. Bu sayədə müştəriləriniz mağazanızda fiziki məsafə qaydalarına riayət etmək üçün lazımi qədər genişliyin olub olmayacağını öncədən yoxlaya biləcək.
Rəqabətdə üstünlük əldə edin
3D virtual turlar kiçik və böyük pərakəndə satış obyektlərinin ehtiyacı olan xidmət sahəsidir.
Əlavə xidmətlər

3D məkanınızın yüksək keyfiyyətli virtual turları

3D modeldən çıxarılmış hazır fotolar

3D modelin içərisinə daxil oluna bilən qeydlər, bağlantılar, videolar və e-ticarət vasitələri

Şəxs üzləri və şəxsi məlumatları məxfiləşdirmək üçün vasitə

Fotorealistik və tam interaktiv mərtəbə planı

Biznesinizi Google Xəritəyə yerləşdirmək imkanı
Virtual turdan daha çoxu
Platformamız mağazanızın 3D virtual turunu hazırlamaqla bərabər, real mağazanızı daha əlçatan edir, ilk təəsürat formalaşdırır və müştəriləriniz üçün alış-veriş təcrübəsini asanlaşdırır.
Müştərilərinizin alış-veriş etməsi üçün möhtəşəm vasitə
- Facebook, Twitter, Linkedin kimi sosial media saytlarında asanlıqla paylaşa bilərsiniz.
- Export videos, GIFs, and 4k print-quality photos from your 3D model for marketing campaigns.
- Yaxın ərazidə mağaza axtaran müştərilərlə əlaqə qurmaq üçün mağazanızı GSV-də yayımlayın.
- Müştərilərinizi vacib məqamlarla tanış etmək üçün avtomatik olaraq önə çıxan bələdçili turlar hazırlayın.
- Məhsullarla bağlı məlumat və digər linkləri ağıllı pəncərələrdə göstərə bilərsiniz.
- Məkan daxilində planlama aparmaq üçün rəqəmsal öçü alətindən istifadə edə bilərsiniz.